Vəngli sakini: Doğma yurda qayıdışın sevincini sözlə ifadə etmək mümkün deyil
09
okt
2025
12:51
Uzun illərdən sonra doğma yurda qayıdışın sevincini sözlə ifadə etmək mümkün deyil.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Vəngli kənd sakini Şakir Behbudov deyib.
O, kəndə ailə üzvləri ilə birgə qayıtdığını bildirib:
"Müharibənin ilk günlərindən döyüşlərdə iştirak etmişəm. Baş verən döyüşlərin birində atam şəhid oldu. Kaş bu günü o da görəydi... Bu gün doğma ocağımıza ailə üzvlərimlə birgə qayıdıram. Sevincimizi sözlə ifadə etmək mümkün deyil. Bizə bu sevinci, qüruru yaşadan şəhidlərimizə rəhmət diləyirik".
Oxşar xəbərlər
İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı
İdmanla məşğul olan insanlar arasında yayılan fikirlərdən biri də məşqlər dayandırıldıqda əzələlərin piyə çevrilməsidir. Lakin mütəxəssislər bunun elmi əsası ol...