Vasif Talıbovun qardaşının vəzifədən azad edilməsilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbovun işdən çıxması ilə bağlı Baş Prokurorluqdan açıqlama verilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilir ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
***17:50
Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Məhərrəm Talıbov ərizə ilə işdən azad olunmasını istəyib.
Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.
Qeyd olunub ki, hələlik onun yerinə təyinat yoxdur.
M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.
Qalereya
Oxşar xəbərlər
Vasif Talıbovun vəzifəsi bu şəxsə KEÇƏCƏK - FOTO
Bu saatlarda Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin iclası keçirilir. İclasa Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sədrlik etdiyi bildirilir....
