Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ
Sosial 2424

 

İyunun 14-ü I sinfə qəbulun ilk mərhələsi yekunlaşır. 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu üzrə onlayn qeydiyyatdan keçmiş valideynlər övladının sənədlərini məktəbə təqdim etməlidirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, I sinfə qəbul prosesində elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 14-nə kimi məktəbə təqdim olunmadığı halda həmin ərizə üçün verilmiş sorğu sistemdən silinəcək. Valideynlərdən xahiş olunur ki, iyunun 14-nə kimi sənədlərini məktəbə təqdim etsinlər.

İkinci mərhələdə sənədlərin məktəbə təqdim olunma müddəti iyunun 20-dən sentyabrın 18-nə ( iyul ayı istisna olmaqla ) qədər davam edəcək.

Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Qeyd edək ki, I sinfə şagird qəbulu üçün valideyn (qanuni nümayəndə) özünün  və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici ölkələrdə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda)), uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 (iki) ədəd 3x4 sm. ölçüdə rəngli fotoşəkil, məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər məktəbəhazırlıq qrupunda təhsil alırsa), valideynin (qanuni nümayəndənin) "Şəxsi kabinet"indən çap olunmuş "Ərizə"ni təqdim etməlidir.

BAKU.WS

Son xəbərlər