Valideynlərin NƏZƏRİNƏ! Seçim başlanılır

Bu gündən etibarən 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilir.
BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, valideynlər 8 iyul saat 13:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhərində seçim prosesi 9 iyul saat 13:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 10 iyul saat 13:00-da başlayacaq.
Qeydiyyat "mektebeqebul.edu.az" portalı üzərindən aparılır və 12 sentyabr 2025-ci ilədək davam edəcək.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il beş yaşı tamam olan uşaqlar qəbul olunur.
Oxşar xəbərlər
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR
Sahibkarlıq və kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş torpaq sahələri satışa və icarəyə çıxarılacaq. BAKU.WS-in məlumatına görə, torpaq müsabiqə və h...
