Vaksin vurduran şəxs koronavirusa yoluxa bilərmi? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 18-də Azərbaycanda COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.
BAKU.WS xəbər verir ki, vaksin vurduran şəxsdə ən azı bir ay sonra qoruyucu anti-cisim yarana bilər.
Bu müddət ərzində insanların koronavirusa yoluxma riski varmı?
Bu sualı cavablandıran TƏBİB-in Yoluxucu Xəstəliklər üzrə İşçi Qrupunun rəhbəri Vasif Əliyev deyib ki, vaksin vurulduqdan sonra mütləq qoruyuculuğun yaranıb-yaranmadığı bilinməlidir:
"Təbii ki, bu müddət ərzində biz hər zaman özümüzü qorumalıyıq. Çünki vaksin vurulduqdan sonra hətta bir ay belə keçsə, vaksinin effektivliyi 100 faiz deyildir.
Bilirik ki, vaksinin faza-3 çalışmalarından sonra gəlinən qənaət 90 faizin üzərindədir və insanlarda qoruyuculuq yaranır. Hətta vaksin vurulsa belə, yenidən qoruyucu anti-tellərin yaranıb-yaranaması müəyyən olunmalıdır. Bunun üçün testlər verilməlidir.
İlk peyvənd vurulduqdan bir ay sonra bu vaksinə qarşı qoruyuculuğun yaranmasını bilmək üçün test verib daha da əmin olmaq lazımdır".
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...