Vahid məktəbli formalarının eskizləri ilə bağlı təkliflərə baxılır
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil Nazirliyi hazırda şagirdlər üçün vahid məktəbli formalarının eskizlərinin təsdiqi ilə bağlı qəbul olan təklifləri təhlil edir.
BAKU.WS-in məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, məktəbli formalarının eskiz layihələrinin təsdiqi ictimaiyyət tərəfindən çox geniş müzakirə edilir:
"Bu müzakirə 1 milyon 600 min şagirdin və onların valideynlərinin maraq dairəsini əhatə edir. Hazırda bizə qəbul olan təklifləri təhlil edirik. İctimaiyyətdən gələn maraqlı, səmərəli təkliflər eskizlərin təsdiq olunması zamanı nəzərə alınacaq və bizim tərəfdən ümumi eskiz nümunələrinə əlavə olunacaq".
Oxşar xəbərlər
Ceyhun Bayramov: Məktəbli formalarının qiyməti yüksək olmamalıdır - VİDEO
"Tövsiyə edilir ki, məktəbli formalarının qiyməti yüksək olmamalıdır. Bizdə olan məlumata görə, bir çox istehsalçı buna riayət edir". BAKU.WS xəbər verir ki, bu...