Vahid məktəbli formaları dəyişir? – RƏSMİ AÇIQLAMA - VİDEO

Vahid məktəbli formaları dəyişir? – RƏSMİ AÇIQLAMA - VİDEO
Video
Sosial 1804

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də vahid məktəbli formaları ilə bağlı dəyişiklikdir.

BAKU.WS xəbər verir ki, bu məsələyə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə münasibət bildirib.

O qeyd edib ki, vahid məktəbli formaları ilə bağlı yeni qərar yoxdur. “Hər kəs aldığı məktəbli forması ilə dərsə gələ bilər", - deyə nazir bildirib.

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə əlavə edib ki, yeni forma qəbul edilsə belə köhnə formalar sıradan çıxana qədər geyinilə bilər.

Qeyd edək ki, yeni qərara əsasən, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər