Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi
Sosial 3119

Hərbi ekspert Üzeyir Cəfərov noyabrın 10-dan etibarən Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Üzeyir Cəfərov "Facebook" səhifəsində yazıb.

Hərbi ekspertə vətən və xalq qarşısında xidmətlərinə görə "Polkovnik" hərbi rütbəsi də təqdim olunub.

"Əziz dostlar! Hörmətli həmkarlar!

Əvvəla, hər kəsi bu möhtəşəm QƏLƏBƏ münasibətilə ürəkdən təbrik edirəm. Xalqımızı və qəhrəman ORDUMUZU ürəkdən təbrik edirəm. Bu QƏLƏBƏNİ hamımız haqq etmişdik. Tanrı Ordumuzu və Ali Baş Komandanımızı qorusun! Şəhidlərin müqəddəs ruhu qarşısında baş əyirəm. Döyüşlərdə yaralanmış bütün qardaşlarımıza tezliklə Allahdan şəfa diləyirəm.

Bu qeydlərimi də xüsusən mətbuatda olan dostlarıma və həmkarlarıma ünvanlayıram.

Bu gün - noyabrın 10-dan etibarən Azərbaycan Silahlı Qüvvələrində müraciətim əsasında həqiqi hərbi xidmətə çağırıldığıma görə xidmətdən tərxis olunana qədər mətbuatla bütün təmaslarıma fasilə verirəm. Hər kəsə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram.

Tanrı Azərbaycanımızı qorusun!!

Vətən və xalq qarşısında xidmətlərimi nəzərə alıb yuxarı komandanlıq mənə "Polkovnik" hərbi rütbəsini təqdim edərək uğurlu xidmət arzuladı. Mən də qarşıdakı xidmət müddətində göstərilən etimadı doğruldacağıma söz verdim. Mənə göstərilən etimada, diqqətə və qayğıya görə başda Ali Baş Komandanımız olmaqla hər kəsə minnətdarlığımı bildirirəm!" - deyə Üzeyir Cəfərov qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər