Utilizasiyaya verilən avtomobillər üçün güzəşt məbləği artırılır?
Yeniliklərdən dərhal xəbərdar olun
Heç kimə sirr deyil ki, hazırda respublikanın avtomobil yollarında, əsasən də rayonlarda kifayət qədər istismara yararsız nəqliyyat vasitəsi hərəkətdədir.
Xarici ölkələrdə bu cür avtomobillər birmənalı olaraq utilizasiyaya cəlb edilir.
Bəs Azərbaycanda vəziyyət necədir? Sürücülər avtomobillərini utilizasiyaya vermək istəyirlərmi?
Sürücülər "Nə qədər sürəcəyəm, 30 ildir ki, sürürəm", "2 min manat versinlər, aparaq verək. Hər yeri sağlamdır, xarab yeri yoxdur" kimi fikirlər səsləndiriblər.
2024-cü il oktyabrın 15-dən etibarən ölkəmizdə avtomobillərin utilizasiyasına başlanılıb. Prosesin 6 ayının statistikası göstərir ki, bu sahəyə diqqət bir az da artırılmalıdır.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır. Sürücülərin nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal da hazırlanıb.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...