ÜST Oqtay Şirəliyevə təşəkkür edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycandakı Milli qızılca/məxmərək laboratoriyasına göstərdiyi xüsusi qayğı və diqqətə görə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkür edib.
BAKU.WS xəbər verir ki, bu barədə ÜST-ün Avropa regionu üzrə direktoru Hans Kluqe tərəfindən O.Şirəliyevə göndərilən məktubda bildirilib.
Məktubda qeyd olunub ki, ÜST-ün Avropa Regional Bürosunun ekspertləri tərəfindən illik akkreditasiya prosesi çərçivəsində 2020-ci ilin ikinci rübündə ölkəmizdəki Milli qızılca/məxmərək laboratoriyasında yoxlama həyata keçirilib.
Nəticələrə əsasən, laboratoriya 2021-ci il üçün ÜST-ün Milli qızılca/məxmərək laboratoriyası kimi tam akkreditasiyadan keçib.
Məktubda laboratoriya işçilərinin akkreditasiyanı uğurla başa vurması ilə yanaşı, müvafiq tövsiyələr də nəzərə çatdırılaraq bildirilib ki, COVID-19 pandemiyası və bununla bağlı epidemioloji vəziyyət ÜST-ün Avropa bölgəsindəki səhiyyə sisteminə mənfi təsir göstərib.
Vurğulanıb ki, COVID-19-la bağlı ehtiyacları və çətinlikləri aradan qaldırarkən qızılca və məxmərəyin qarşısını almaq üçün lazım olan laboratoriya və epidemioloji araşdırmaların izlənilməsi də tam təmin olunmalı, eyni zamanda ictimai səhiyyə sahəsində qlobal fövqəladə vəziyyətdə qızılca və məxmərək infeksiyalarına da diqqət ayrılmalıdır.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...