ÜST-dən xoş xəbər: Həftəlik yoluxma azalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir həftə ərzində dünyada yeni koronavirusa yoluxma nisbətinin 12% azaldığını bildirib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın bülleteninə istinadla məlumat yayır.
"Yeni xəstəlik və ölüm hallarının sayı azalmağa davam etdi: 7-13 iyun ərzində 2,6 milyondan çox yoluxma və 73 mindən çox ölüm barədə xəbərlər gəlib ki, bu da əvvəlki həftə ilə müqaisədə müvafiq olaraq 12% və 2% azalma deməkdir".
Yeddi gündə dünyada 2 655 782 yeni yoluxma və 72 528 ölüm qeydə alınıb. 13 İyuna qədər ümumilikdə 175 333 154 yoluxma və 3 811 561 ölüm baş verib.
Oxşar xəbərlər
Dünyada bir gündə koronavirusdan 6,5 mindən çox insan öldü
Dünyada bir gün ərzində koronavirusa 83 mindən çox insan yoluxub. BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlum...