ÜST "AstraZeneca" vaksininin iki variantını təcili istifadə üçün tövsiyə edib

15
fev
2021
23:15
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "AstraZeneca" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinin iki variantını təcili istifadə üçün tövsiyə olunan vaksinlər siyahısına əlavə edib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-dən bildiriblər.
Bildirilir ki, söhbət "AstraZeneca" şirkətinin Cənubi Koreyada "AstraZeneca-SKBio" müəssisəsində və Hindistanın Serum İnstitutunda istehsal etdiyi variantlardan gedir.
Məlumata əsasən, bu qərar vaksinin sözügedən variantlarının COVAX mexanizmi çərçivəsində qlobal miqyasda istifadəsinə imkan verir.
Oxşar xəbərlər
Harmancı: “COVAX-ın hədəfi 2 milyard doza vaksin paylanmasıdır”
“ÜST-ün tərəfdaş olduğu COVAX sırf bərabərsizliyi aradan qaldırmaq üçün yaranan təşəbbüsdür”. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibət...
