Uşaqlarda koronavirusun fəsadları - VİDEO

Uşaqlarda koronavirusun fəsadları - VİDEO
Video
Sosial 366

Böyüklərlə yanaşı uşaqlarda da, koronavirusa yoluxma halları müşahidə olunur.

Onlar sağaldıqdan sonra yaranan fəsadlar isə qaçılmazdır.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, tibb işçilərinin sözlərinə görə, COVID-19-dan sonra uşaqlarda baş ağrıları və öskürək davam edir, həmçinin həzm sistemi pozulur.

Həkim-infeksionist Sədrəddin Atakişiyev deyir ki, bununla belə, onların əksəriyyətinin xəstəliyi daha rahat keçirdiyi təsdiqini tapıb. Amma xəstəliyi ağır keçirən uşaqlar da az deyil.

Uşaqlarda ən çox multisistemli iltihab sindromuna rast gəlinib. O da vurğulanır ki, ABŞ-da iyulun əvvəlindən bəri yoluxmuş uşaqların sayı iki dəfə artıb.

Azərbaycanda isə uşaqlar arasında koronavirusa yoluxma 5 faiz təşkil edir. Valideynləri maraqlandıran bir sual da var.

Uşaqlar hansı yaşdan başlayaraq maska taxmalıdır. Məlumata görə, Parça maskaları yaşı 6-dan az uşaqlar, nəfəs almaqda çətinlik çəkənlər, huşunu itirmiş, halsız və kömək olmadan maskanı çıxara bilməyən adamların taxmaları məsləhət deyil.

Belə, uşaqların da bizim kimi xəstəliyə tutula, virusa yoluxa bildiyini unutmayaq. Özümüzü qoruduğumuz kimi olara da diqqət göstərməli, qayğısına qalmalıyıq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər