Uşaqlar arasında koronavirus sürətlə yayılır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada uşaqlarda koronavirus dalğası başlaya bilər, çünki kollektiv immunitet əsasən böyüklərdə formalaşır.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu sözləri rusiyalı uşaq pulmonoloqu Tatyana Əliyeva deyib.
Həkimin sözlərinə görə, Çelyabinsk vilayətində COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən yeniyetmə və uşaqların sayı artır. Onlar üçün 160 çarpayı ayrılıb, onlardan 120-si oktyabrın 19-na qədər dolub.
"Yetkin əhali indi peyvənd və kütləvi xəstəliklər səbəbindən kollektiv immunitetə doğru irəliləyir və bu, yəqin ki, pandemiyanın öhdəsindən gəlməyə ümid verir...
Amma əgər koronavirus uşaqlar arasında yayılarsa, uşaqlar da eyni dərəcədə xəstəliyi ağır keçirməyə başlayarsa - bu tendensiya görünür - o zaman biz yeni dalğa ilə üzləşə bilərik", - deyə Əliyeva bildirib.
Həkim hesab edir ki, uşaqlar arasında xəstələnmə hallarının artmasının səbəblərindən biri də asudə vaxtlarını insanların sıx olduğu yerlərdə uşaqlarla keçirən valideynlərin məsuliyyətsiz davranışları olub. Həkim uşaqlı ailələri evdə mümkün qədər çox vaxt keçirməyə çağırıb.
Oxşar xəbərlər
Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? - Həkimlərdən qızıl kimi tövsiyələr
Bu gündən ənənəvi tədrisin hibrid formada mərhələli təşkilinə başlanılır. İndi övladını məktəbə göndərəcək valideynləri düşündürən sual uşaqlarının virusa yolux...