Uşaqları piylənmədən qorumaq üçün VACİB MƏSLƏHƏTLƏR

Uşaqları piylənmədən qorumaq üçün VACİB MƏSLƏHƏTLƏR
Sosial 64

Piylənmə – yalnız xarici görünüşlə bağlı deyil, həm də ciddi tibbi problemdir. Bu xəstəliyin qarşısını almaq və müalicə etmək üçün kompleks yanaşma tələb olunur.

BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı həkim Aleksandr Umnov "Lenta.ru"ya müsahibəsində danışıb.

Mütəxəssis bildirib ki, piylənmənin yaranmasının başlıca səbəbi enerji balansının pozulmasıdır - yəni qəbul edilən kalori ilə xərclənən enerji arasında fərq olduqda artıq yağ toplanır. Bu prosesə həmçinin səhv qidalanma, azhərəkətli həyat tərzi və genetik meyillik də təsir göstərir.

Ümnov xüsusilə uşaqlarda piylənmənin qarşısının alınmasının erkən yaşlardan başlanmasının vacibliyini vurğulayıb:

"Valideynlər uşaq bağçası və məktəb yaşından etibarən sağlam qidalanma vərdişləri formalaşdırmalıdır. Əgər bu mərhələdə düzgün istiqamət verilsə, gələcəkdə artıq çəki və onun fəsadlarının qarşısını almaq mümkündür."

Həkim uşaqlarda piylənmə riskini azaltmaq üçün aşağıdakı tövsiyələri verib:

"Yüksək kalorili məhsullardan uzaq durmaq, fast-food, yağlı və şəkərli yeməkləri məhdudlaşdırmaq;

Şirin qazlı içkilərdən imtina etmək;

Yeməkləri gün ərzində müəyyən saatlarda qəbul etmək, yəni rejimli qidalanma sistemini qurmaq;

Hər gün ən azı 60 dəqiqə fiziki aktivlik - oyun, idman və ya gəzinti kimi fəaliyyətlərlə məşğul olmaq;

8–10 saatlıq sağlam yuxu rejimini təmin etmək".

Ümnovun sözlərinə görə, uşaqlarda sağlam vərdişlərin formalaşması üçün ən mühüm amil ailə nümunəsidir:

"Əgər ailə birlikdə sağlam yeməklər bişirir, açıq havada vaxt keçirir və aktiv həyat tərzini seçirsə, uşaq da eyni davranışı mənimsəyir. Bu, gələcəkdə düzgün qidalanma mədəniyyətinin əsasını qoyur."

Son xəbərlər