Uşaqlara quru çörək və su verən bağça müdirinin işinə xitam verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında uşaqlara səhər yeməyinə quru çörək və su verilməsi barəsində vətəndaş şikayətlərinə əsasən araşdırma aparılıb.
BAKU.WS xəbər verir ki, bi barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin açıqlamasında qeyd olunub.
Bildirilib ki, araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən bağçada uşaqların quru çörək və su ilə qidalanması barədə videolar yayılıb.
Oxşar xəbərlər
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. BAKU.WS xəbər verir ki, bu...