Ünvanlı sosial yardımda DƏYİŞİKLİK
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci ilin sentyabr ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği artıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Rəsmi məlumata görə, ÜDYS 234,6 manatdan 266,6 manata çatıb.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6% artım deməkdir.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyac meyarı 170 manatdır. Əgər ailədə 8 yaşından kiçik uşaq varsa, məşğulluq tələbi ana üçün tətbiq olunmur. Belə olduğu halda ata minimum əməkhaqqı, yəni 250 manat alırsa, o zaman ailənin ümumi ehtiyac meyarından bu məbləğ çıxılır və yerdə qalan məbləğ ünvanlı dövlət sosial yardımı şəklində verilir.
Oxşar xəbərlər
Yanvarın 1-dən maaşınızdan nə qədər pul tutulacaq? - HESABLANMA QAYDASI
“Tibbi sığorta haqqında” qanuna əsasən gələn il yanvarın 1-dən etibarən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hü...