Ünvanlı sosial yardım alanlara ŞAD XƏBƏR - Gələn ildən...
2026-cı il üçün dövlət büdcəsində ünvanlı dövlət sosial yardımlarının verilməsi məqsədilə 465 milyon manat vəsait nəzərdə tutulub.
BAKU.WS xəbər verir ki, bu, Milli Məclisə təqdim olunan 2026-cı ilin büdcə zərfində əksini tapıb.
Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 300 manata çatdırılacaq. Cari ildə bu göstərici 285 manat təşkil edir.
Eyni zamanda gələn il ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası xərcləri üçün 26.2 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.
2025-ci ildə ünvanlı dövlət sosial yardımı üçün ayrılmış vəsaitin məbləği 443.5 milyon manat təşkil edib.
Oxşar xəbərlər
Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən...
Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vas...