Universitetlərdə mühazirələr onlayn olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu tədris ilində dərslərin başlanması həmişəki qaydada olmayacaq. Hazırda yeni qaydalar müzakirə edilir”.
BAKU.WS xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütün ehtiyat tədbirləri görüləcək:
“Məktəblərdə sıxlıq maksimum dərəcədə azaldılmalıdır. Məktəblrədə aşağı siniflərdə dərslərə başlanılsa da, böyük siniflərdə onlayn tədrisdən istifadə olunacaq Universitetlərdə isə mühazirələr birmənalı şəkildə onlayn olacaq. Yekun qərarı gözləmək məsləhətdir”.
Oxşar xəbərlər
COVID-19 ilə bağlı yeni komitə yaranıb
TƏBİB-in İdarə Heyəti yanında “COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti ic...