UN-Habitat: Qeyri-rəsmi məskunlaşma aradan qaldırılmalı, yeni evlər tikməlidilər

UN-Habitat: Qeyri-rəsmi məskunlaşma aradan qaldırılmalı, yeni evlər tikməlidilər
Sosial 15

Ölkələr qeyri-rəsmi məskunlaşma sahələrini aradan qaldırmalı, yeni evlər tikməlidilər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, mənzil probleminin və mənzil böhranının necə həll olunacağı ilə bağlı cəmiyyətlə razılığa gəlmək lazımdır:

"Qeyri-rəsmi məskunlaşma sahələrini aradan qaldırmalıyıq, yeni evlər tikməliyik, bu yeni evləri necə, hansı tipdə tikəcəyimizi müəyyən etməliyik. Söhbət təcrid olunmuş şəhər genişlənməsindən gedir, yoxsa "Yeni Şəhərsalma Gündəliyi"nin prinsiplərinə uyğun olaraq balanslaşdırılmış sıxlaşma, daha kompakt şəhərlər və s. kimi məsələlərdən gedir? Çünki bütün bunların xərclərimizə təsiri olacaq. Torpaq və mənzil dəyər zəncirinin ən bahalı resursudur. Buna görə nə etdiyimiz çox vacibdir və bu mənada cəmiyyətin dəstəyini almaq kritik əhəmiyyət kəsb edir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər