Ukraynadan daha bir azərbaycanlı sürücü təxliyə olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna ərazisindən daha bir sürücü təxliyə olunub. Sürücü Feyzullayev Qəhrəman Qəzənfər oğlu artıq Rusiya Federasiyası ərazisindədir”.
BAKU.WS xəbər verir ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu feysbukda yazıb. Onun sözlərinə görə, Q.Feyzullayev döyüşlərin ilk günündən Xerson şəhərində olub. Yaradılan humanitar dəhlizlə təxliyəsi baş tutub:
“Bu günə qədər 35 yük avtonəqliyyat vasitəsi üzrə 38 sürücünün təxliyəsi həyata keçirilib. Hazırda Ukrayna ərazisində bir azərbaycanlı sürücü qalmaqdadır. Onun da təxliyəsi istiqamətində aidiyyatı dövlət qurumları ilə birgə işlər görülür”.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...