Ukraynadan 9 azərbaycanlı Moskva vasitəsi ilə Azərbaycana təxliyyə olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynadan azərbaycanlıların təxliyyəsi davam edir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin təşkilatçılığı ilə 9 azərbaycanlı Ukraynanın Xerson vilayətindən Moskvaya gətirilib.
İkisi Ukrayna, yeddisi Azərbaycan vətəndaşı olan həmyerlilərimiz bu gün yerli vaxtla Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ukraynadan təxliyyə olunan həmyerlilərimizə görüşüb.
Səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə iki mindən çox həmyerlimizin təxliyyəsi həyata keçirilib:
"Biz də qərara gəldik ki, sizi Moskva vasitəsi ilə Azərbaycana təxliyyə edək".
Ukraynadan təxliyyə olunan həmyerlilərimiz Fərid Ələsgərov APA-ya açıqlamasında müharibənin ilk 15 günü Ukrayna ərazisində olduğunu söyləyib. O, çalışdıqları gəminin təmiri üçün Xerson şəhərində gözlədiklərini söyləyib:
"Daha sonra müharibə başladı. Dövlətimizə, prezidentimizə və birinci xanıma bizə sahib çıxdıqlarına görə təşəkkürümü bildiririk".
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...