Ukraynada oğlunun həlak olduğunu eşidən ana bir neçə saat sonra dünyasını dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 4-də Ukraynanın Xarkov şəhərində mərmi partlaması nəticəsində azərbaycanlı ailə, Emin Mahmudov və həyat yoldaşı Lyudmila Mahmudova həlak olub.
BAKU.WS "Metbuat.az"a istinadən xəbər verir ki, faciədən xəbər tutan mərhum Emin Mahmudovun anası Gülçöhrə Mahmudovanın halı pisləşib və bir neçə saat sonra dünyasını dəyişib.
Xatırladaq ki, Xarkov şəhərinin yaxınlığında yerləşən Çerkaskiye Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən Lənkəran rayonu Boladi kəndindən olan Emin Mahmudov, həyat yoldaşı Lyudmila Mahmudova və qayınanası həlak olublar. Onların iki azyaşlı övladları sağ qalıb. Uşaqlar hazırda qohumlarının himayəsi altındadır.
Qeyd edək ki, Emin Mahmudovun Xarkovda “Ləvəngi” adlı restoranı olub.
Oxşar xəbərlər
İntim səhnələri ilə səs-küy salan "Dalan"ın qala gecəsi baş tutdu - VİDEO+FOTO
Treyleri təqdim olunarkən intim səhnələri ilə səs-küyə səbəb olmuş "Dalan" filminin qala gecəsi baş tutub. BAKU.WS xəbər verir ki, gecədə çıxış edənlər son za...