“Ögey ana” filmi ilə bağlı bilinməyən FAKTLAR (VİDEO)

“Ögey ana” filmi ilə bağlı bilinməyən FAKTLAR (VİDEO)
Video
Sosial 3086
“Ögey ana” filmini izləməyən çox az adam olar. Lakin filmdə bəzi epizodlarda dublyorun iştirak etdiyini az adam bilir. Təhlükəli dağa dırmanıb koldan itburnu çiçəyi toplamaq, partlayış və sairə.BAKU.WS-in oxu.az-a istinadən verdiyi məlumata görə, hazırda filmin çəkildiyi İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev dublyor kimi canlandırdığı epizodlardan Xəzər TV-yə danışıb. Vaqif babyevin sözlərinə görə, ona təklif kino çəkilişləri zamanı gəlib. Dərs vaxtı bir qrup kino işçisi sinfə daxil olub və film üçün dublyor axtardıqlarını deyiblər. Rejissor isə xarici görünüşündə “İsmayıl”a bənzədiyi üçün onu seçib.Filmdə həyəcanın kulminasiya nöqtəsi hesab olunan dağdan çiçəyin qopardılması və partlayış səhnəsində Ceyhun Mirzəyev yox, məhz Vaqif Babayev oynayıb.Çəkilişlər zamanı yaddaqalan anlar da az olmayıb.Aktyorluq təcrübəsi olmasa da, səhnələrə peşəkar kimi çəkilən Vaqif Babayev bu işə görə həmin vaxt müəyyən qonorar də alıb. Bu film daha sonra aktyor və dublyor arasında sıx dostluq münasibətlərinin yaranmasına gətirib çıxarıb.Vaqif Babayev filmdən sonra özünü aktyor kimi sınamaq istəsə də, bəzi səbəblərdən alınmayıb. Daha sonra o, başqa ixtisas üzrə təhsilini davam etdirib. Hazırda pensiyaçı olan Vaqif Babayev uzun müddət xalçaçılıqla məşğul olub.BAKU.WS

Oxşar xəbərlər

"Bəxt üzüyü" yenidən ekranlara qayıdır - FOTO

"Bəxt üzüyü" yenidən ekranlara qayıdır - FOTO

Xəbər verdiyimiz kimi Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı Azərbaycanın sevilən və məşhur filmi “Bəxt üzüyü”nün davamı çəkilib. BAKU.WS xəbə...

6219 Şou-biznes 19:33 24 yanvar 2018

Son xəbərlər