Üçüncü doza fərqli vaksin olduqda insan bədənində hansı effekti yaradır?
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusa qarşı vaksinin üçüncü dozasının fərqli olması insan bədəninə müsbət təsir göstərir.
BAKU.WS-in məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Trend-ə açıqlamasında bildirib ki, üçüncü doza vaksinin eyni vaksin olması məcburi deyil:
“Üçüncü doz vaksinləmədə başqa vaksindən istifadə oluna bilərmi? Bu suala gəlincə dünya təcrübəsi onu göstərir ki, başqa vaksinlərdən istifadə etmək qarşılıqlı çarpaz reaksiyalarla immunitetin daha da güclənməsinə kömək edən xüsusiyyətə malikdir.
Ona görə də tövsiyə olunur ki, məcburiyyət olmasa da fərqli vaksindən istifadənin gətirə biləcəyi üstünlüklərdən istifadə etmək daha məqbuldur”.
Oxşar xəbərlər
Baş infeksionistdən HƏYƏCAN TƏBİLİ: “Vaksin olunmağımıza baxmayaraq...”
Son günlər ölkədə koronavirusa yoluxma sayında artım müşahidə edilir. Bir neçə aydır davam edən stabil vəziyyətin bir anda pozulması əhali arasında ciddi naraha...