Üç gün əvvəl itkin düşmüş kursant tapıldı
16
fev
2022
22:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev adına Hərbi Akademiyanın üç gün əvvəl itkin düşmüş kursantı Hüseynli Vüsal Elşən oğlu tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə kursantın atası Elşən Hüseynov məlumat verib.
E. Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.
Bundan sonra ondan xəbər olmayıb.
Oxşar xəbərlər
Polis Akademiyasına qəbul qaydası təsdiqləndi
Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu qaydası təsdiq edilib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, qa...