Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib
Ucar şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.
Qeyd edək ki, təhsil müəssisəsinin 1958-1960-cı illərdə inşa olunan binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü.
BAKU.WS xəbər verir ki, bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagirdlik yeni məktəb binasının inşasına başlanılıb.
Tikintisi 2025-ci ilin dekabrında başa çatan üçmərtəbəli məktəb 5 korpusdan ibarətdir. Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib.
Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları, açıq idman meydançası tədrisin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Qalereya
Oxşar xəbərlər
Bankdan pul götürmək istəyənlərin nəzərinə: 2026-cı ildə faizlər necə olacaq?
Bankların yeni cəlb etdikləri depozitlər üzrə faiz dərəcələri azalsa da, kredit faizləri nəinki aşağı düşməyib, əksinə artım nümayiş etdirib. Belə ki, Azərbayca...