Üç yaşlı körpənin ürəyində iki deşik var, əməliyyat üçün isə doqquz min manat tələb olunur

Üç yaşlı körpənin ürəyində iki deşik var, əməliyyat üçün isə doqquz min manat tələb olunur
Video
Sosial 59

Abşeron rayon sakini Təranə Şəmsiyevanın azyaşlı övladının müalicəsi üçün maddi yardıma ehtiyacı var.

Valideynin sözlərinə görə, 3 yaşlı oğlunun ürəyində 2 deşik var və əməliyyat üçün 9 min manat vəsait tələb olunur. "Balamı müalicə etməyə imkanımız yoxdur. Hər gün ürəyim qan ağlayır. Maddi vəziyyətimiz çox pisdir, dolana bilmirik. Aidiyyəti qurumlardan xahiş edirəm ki, bizə sosial yardım versinlər", - deyə o bildirib.

Dövlət Sosial Müdafiə Fondundan isə qeyd olunub ki, Abşeron rayon sakini Təranə Tofiq qızı Şəmsiyevanın ünvanlı dövlət sosial yardım üçün elektron sistemə son müraciəti 2025-ci ilin 8 aprelində qeydə alınıb:

"Həmin müraciətə maddi-məişət şəraitinin müayinəsi zamanı ailə gəlirləri barədə məlumat düzgün göstərilmədiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq imtina verilib. Belə ki, vətəndaş sosial yardıma ehtiyac duyduğu halda məhkəmə qaydasında müəyyənləşdirilmiş alimentdən imtina edib. Eyni zamanda bundan əvvəlki sorğuda ailə tərkibinin 6 nəfər olduğu bildirilsə də, son müraciətdə 4 nəfər göstərilib. Yəni ailənin tərkibi qanunvericiliyin tələblərinə uyğun göstərilməyib. Bundan başqa, Yusif Elburus oğlu Hüseynovun aktiv əlilliyi yoxdur".

Son xəbərlər