Yeni sosial şəbəkə "Threads" istifadəyə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin "Meta" şirkəti "Twitter" sosial şəbəkəsinin analoqu hesab edilə biləcək "Threads" tətbiqini istifadəyə verib.
BAKU.WS xarici mətbuata isinadən xəbər verir ki, şirkətin rəhbəri Mark Zukerberqin sözlərinə görə, tətbiqdə ilk yeddi saat ərzində on milyon istifadəçi qeydiyyatdan keçib.
Mütəxəssislərin fikrincə, "Threads" platformadakı son dəyişikliklərdən narazı olan "Twitter" istifadəçilərini cəlb edə bilər.
"Threads" istifadəçilərə 500-ə qədər simvol göndərməyə imkan verir və "Twitter"ə bənzər bir çox xüsusiyyətlərə malikdir.
"Threads" tətbiqi "Instagram" platformasının nəzdində yaradılıb.
Oxşar xəbərlər
TikTok: 2023-cü ildə Azərbaycanda 390 mindən çox video silinib
TikTok icma təhlükəsizliyini necə təmin edir: 2023-cü ilin birinci rübündə Azərbaycanda 390 mindən çox video silinib BAKU.WS xəbər verir ki, TikTok, insanların...