"Twitter" prezidentlərin koronavirusla bağlı paylaşımını silib

Twitter prezidentlərin koronavirusla bağlı paylaşımını silib
Sosial 126

"Twitter" platforması Braziliya və Venesuela prezidentlərinin, həmçinin Nyu-Yorkun keçmiş merinin koronavirusla bağlı paylaşımlarını silib.

BAKU.WS xəbər verir ki, buna səbəb siyasətçilər tərəfindən paylaşılan məlumatların Ümumdünya Səhiyyə Təşkilatnın (ÜST) tövsiyələri ilə ziddiyyət təşkil etməsidir.

Qeyd edək ki, "Twitter" və digər sosial şəbəkələr internet vasitəsilə yayılmağa davam edən saxta koronavirus məlumatları ilə şiddətli mübarizə aparır.

Məlum olub ki, qaydalar hər kəs üçün eynidir və həm adi istifadəçilər, həm də prezidentlərdən gələn tvitlər silinməyə məruz qalır.

Braziliya Prezidenti Jair Bolsonaru, Venesuela dövlət başçısı Nikolas Maduro, habelə Nyu-Yorkun keçmiş meri və Donald Trampın şəxsi vəkili Rudolf Culianinin koronavirusla əlaqəli paylaşımları platforma qaydalarını pozduğuna görə silinib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər