İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib - SİYAHI

İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib - SİYAHI
Sosial 3

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, məsələyə parlamentin bugünkü plenar iclasında baxılıb.

Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.

Spiker Sahibə Qafarova yeni üzvlərə fəaliyyətlərində uğurlar arzulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər