İTV 19 yaşında!

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündür.
BAKU.WS xəbər verir ki, Şirkətin 19 yaşı tamam olur.
Şirkət “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.
İctimai Televiziyanın verilişləri Azərbaycanın bütün ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır.
Televiziyanın mənzil qərargahı Bakı şəhərində yerləşir və Avropa Yayım İttifaqının üzvüdür.
44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsində ilk sıralarda yer alıb.
BAKU.WS kollektivi İctimai Televiziya və İctimai Radioda çalışan həmkarlarını təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.

Oxşar xəbərlər
Bu gün 27 mindən çox şagird Azərbaycan dili fənni üzrə imtahan verəcək
Dövlət İmtahan Mərkəzi bu gün tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış im...