Türkiyəyə gedənlərin nəzərinə!

Türkiyə aeroportlarında baqajların qəbulunda yeni sistemin tətbiqinə başlanılıb.
BAKU.WS Trend-ə istinadən məlumatına görə, yeni sistem aeroportlarda sərnişinlərin qeydiyyatdan keçmə prosesini sürətləndirəcək.
Qeyd edək ki, ilk dəfə bu trend Atatürk Hava Limanında tətbiq olunub. Bu texnologiya zamanı sərnişinlər çamadanlarını sərbəst şəkildə özləri baqaja təhvil verə biləcəklər.
Pasport qeydiyyatından keçdikdən sonra sərnişinlərə baqajları üçün xüsusi kod təqdim olunacaq. Qeyd edək ki, bu sistem hələ ki beynəlxalq reyslərdə tətbiq olunur. Yaxın günlərdə sistemin daxili uçuşlarda tətbiqinə də başlanacaq.
Oxşar xəbərlər
Moskva aeroportlarında 21 reys ləğv olundu: 33-ü gecikir
Moskva aeroportlarında 20-dən çox reys ləğv olunub, 33-ü gecikir. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 14:10-a "Domodedovo" hava limanın...
