Türkiyənin 14 vilayətində toy və nişan mərasimləri qadağan olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən etibarən Türkiyənin 14 vilayətində toy, nişan, xınayaxdı və digər mərasimlərin keçirilməsi müvəqqəti qadağan olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qadağa paytaxt Ankara da daxil olmaqla, Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Erzurum, Qaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van ve Yozqat vilayətlərinə şamil edilir.
Qeyd edək ki, bu vilayətlərdə nikah mərasimləri 1 saat müddətinə başa çatmalıdır. Bundan əlavə bəy və gəlinin ən yaxın qohumları mərasiə buraxılacaq. Yaşı 65-dən yuxarı, 15-dən aşağı olan şəxslərin mərasim zalına daxil olması qadağan edilib.
Oxşar xəbərlər
Türkiyədə 3 günlük küçəyə çıxma qadağası başladı
Türkiyənin 31 vilayətində bu gecə 00:00-dan etibarən küçəyə çıxma qadağası qüvvəyə minib. BAKU.WS “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, qadağa Adana,...