Türkiyədəki zəlzələdən sonra Azərbaycanda həyət evləri bahalaşıb?
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanda həyət evlərinin bahalaşması ilə bağlı bizdə heç bir məlumat yoxdur. Bu məsələ tamamilə şayiədir".
Bunu BAKU.WS-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib.
"Biz ölkədə yeganə şirkətik ki, bazarı təhlil edirik. Buna baxmayaraq, bizdə məlumat yoxdur ki, həyət evləri bahalaşıb. Burada maraqlı tərəflər şayiə buraxıb. Zəlzələ bir həftədir baş verib. Nə tez qalxdı fərdi yaşayış evinin qiyməti? Bazarda alıcı yoxdur hazırda, necə olur ki, tələbat artdı?"
Qeyd edək ki, ötən həftə Türkiyədə baş verən dəhşətli zəlzələ minlərlə binanın dağılmasına və onminlərlə insanın ölümünə səbəb olub. İddia edilir ki, məhz bu hadisədən sonra ölkəmizdə həyət evlərinə maraq artıb. Artan maraq bazarda qiymətlərə təsir edib. Hətta 10-15 min manat bahalaşmanın olduğunu deyənlər də az deyil.
Oxşar xəbərlər
Bakıda ev almaq istəyənlər - Qiymətlər
Ötən ilin dekabr ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər noyabr ayına nisbətən 0,49%, illik müqayisədə isə 10,83% artıb. BAKU.WS xəbər verir ki, bu ba...