Türkiyədə koronavirusa görə minlərlə məhkum evə buraxılır

Türkiyədə koronavirusa görə minlərlə məhkum evə buraxılır
Sosial 192

Türkiyədə məhkumların cəzaların tətbiqinə yeni maddə daxil edilib.

BAKU.WS “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, yeni maddəyə əsasən koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ilkin mərhələdə 30-40 min məhkum evlərinə buraxılacaq.

Onlar 30 maya qədər ev həbsində qalacaqlar.

Bu qərarın ümumilikdə 100-130 min arası məhkuma tətbiq ediləcəyi gözlənilir.

Məlumata görə, qərar terror, adam öldürmə, mütəşəkkil cinayət, təcavüz, narkotiklə bağlı məhkum edilənlərə aid deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər