Türkiyədə bu verilişə cəza və cərimə tətbiq edildi

Türkiyədə bu verilişə cəza və cərimə tətbiq edildi
Sosial 95

Türkiyədə Radio və Televiziya Ali Şurası (RTÜK) reytinqli veriliş olan "Kısmetse Olur: Aşkın Gücü" proqramının efirdən çıxarılmasını tələb edib.

BAKU.WS xəbər verir ki, buna səbəb proqramda "Qadın istismarı"na yol verilməsidir. RTÜK verilişlə bağlı inzibati pul cəriməsi tətbiq edib.

Türkiyədə Radio və Televiziya Ali Şurası keçirdiyi iclasda rəqəmsal media xidmət təminatçısı tərəfindən yayımlanan "Aşkın Gücü" adlı yarışma proqramındakı pozuntuları dəyərləndirilib. Proqramda qadınlar üzərində təzyiqi normallaşdıran, qadınların qərarvermə proseslərindən kənarlaşdırılmasını təşviq edən, onları müəyyən davranış modellərinə məcbur edən və bu vəziyyəti müsbət göstərən mövzuların yer aldığı müəyyən edilib.

Qadınların fiziki, emosional və ya psixoloji baxımdan bir obyekt və ya meta kimi təqdim edildiyi, proqramın qadınların ləyaqətini alçaldan formada yayımlandığı, qadınların emosional vəziyyətinin reytinq və diqqət cəlb etmək məqsədilə istismar edildiyi, kişilər arasında rəqabətdə bir "mükafat" və ya "səbəb" kimi mövqeləndirildiyi qənaətinə gəlinib.

Rəqəmsal platformanın 6112 saylı Radio və Televiziya Quruluşları və Yayım Xidmətləri haqqında Qanunun 8-ci maddəsinin birinci bəndində yer alan "Qadınlara qarşı təzyiqi təşviq edən və qadını istismar edən proqramlar yayımlana bilməz" maddəsini pozduğu qərara alınmış və bu səbəbdən inzibati pul cəriməsi ilə yanaşı, efirdən də çıxarılması tələb edilib.

Qeyd edək ki, Illər əvvəl televiziyada yayımlanan "Kısmetse Olur" proqramı RTÜK-ün verdiyi cəza nəticəsində efirdən çıxarılmışdı. Daha sonra YouTube platformasında yayımlanmağa başlayan proqram, yeni mövsümdə "Kısmetse Olur: Aşkın Gücü" adı ilə Prime Video-da təqdim olunurdu.

Son xəbərlər