Türkiyə səfiri: “Bakının humanitar yardımı bu gün Qarsda olacaq”
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Bakıdan yola salınan 26 vaqonlu humanitar yardım bu gün Türkiyənin Qars şəhərinə çatacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tvitter hesabında yazıb.
“Bakıdan yola saldığımız 26 vaqonlu humanitar yardım qatarımız Gürcüstanın Axalkalaki stansiyasına çatdı və sabah (bu gün - red) Qarsda olacaq”, - səfir dünən sosial şəbəkə hesabında qeyd edib.
"Qardaş köməyi" və "Türkiyə Əsri" Birlik və Həmrəylik Platformaları Azərbaycanla ölkəmiz arasında qardaşlıq körpüsü yaradıb. Əlləri və ürəkləri birləşdirirlər. Hər gün onlarla yük maşını ərzaq, çadır, adyal, qızdırıcı və 2 gündür konteyner daşımaqdadırlar.
Var olun”, - diplomat əlavə edib.
Oxşar xəbərlər
Cahit Bağçı: “Bu vaxtadək Azərbaycandan Türkiyəyə 750 tondan çox qida göndərilib”
“Millətimizin yaşadığı bu dağıdıcı zəlzələdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Millətimizin başı sağ olsun, ölənlərin ailələrinə, yaxı...