Tozlu hava insanlarda hansı xəstəliklərə səbəb ola bilər?

Tozlu hava insanlarda hansı xəstəliklərə səbəb ola bilər?
Açıqlama
Sosial 127

Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan tozun miqdarında artım müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən bunun  transsərhəd xarakterli olduğu və Türkmənistan ərazisindən ölkəmizə daxil olduğu bildirilib.

Artıq günlərdir davam edən bu hava şəraiti toza qarşı həssas olan insanların səhhətində müəyyən problemlərə səbəb olub. Bəs bu tozlu hava təkcə transsərhəd xarakterlidir?

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, tozlanma həm də tikinti ərazilərində aparılan işlərlə də əlaqəlidir:

"Avtomobilləri də havada tozun miqdarının artmasına səbəb kimi göstərmək olar. Bunların nəticəsidir ki, havada tozun miqdarı normadan artıqdır. Başqa bir səbəb isə iqlimin quraq olmasıdır. Lakin, son günlər müşahidə olunan tozlar birmənalı olaraq transsərhəd mənşəli tozlardır. Çünki yerli mənşəli tozların konsentrasiyası həmişə müəyyən bir səviyyədə olur. Bunu həm də beynəlxalq hava keyfiyyəti üzərində aparılan beynəlxalq şəbəkə məlumatları da təsdiq edib.

Belə havalarda nisbətən qapalı şəraitdə oturmaq daha məsləhətlidir. Təəssüf ki, transsərhəd tozlanmanın qarşısını almaq çox çətin və mümkünsüzdür."

Bu kimi havalarda insanlar nə etməlidir? Ümumiyyətlə, tozlu havada çölə çıxmaq nə dərəcədə doğrudur?

BAKU.WS-ə açıqlama verən pulmonoloq Elzamin Sadıqov bildirdi ki, hazırda dünyada gedən qlobal istiləşmə də tozlanmaya müəyyən qədər səbəb olur:

"Ümumiyyətlə, Bakıdakı çirkli hava minlərlə insanda müxtəlif xəstəliklərə səbəb olub. Əgər bunun da üzərində toz dumanı da müşahidə olunursa, bu, insan sağlamlığına daha çox zərər verəcək. Həmçinin Günəş şüaları, ultrabənövşəyi şüalar, Yerin Azon qatına daha çox yaxınlaşması, ümumilikdə bunların summasiyasının nəticələri ağırdır.

Beləliklə, astma, ağciyər, ürək qan-damar xəstəliklərindən əziyyət çəkən insanların səhhətində kəskinləşmə olacaq. Eyni zamanda, aşağı tənəffüs yolları infeksiyaları artacaq. Pnevmaniya, bronxitlərin səhhətində ciddi problemlərə səbəb olacaq. Hamilə qadınlara belə havalar həm özlərinə, həm də bətnindəki dölə çox zərərlidir.

Miokard faktının sayı artacaq.  Ürəyin işemik xəstələrinin artmasına, beyin insultlarının çoxalmasına və digər problemələrə yol açacaq.

Amerikada aparılan tədqiqatlara görə, tozlu havada göbələklər tərəfindən törədilən infeksiyon xəstəlik aşkar olunub. İnsanlara tövsiyəmiz odur ki, səhhətində problem olan insanlar ümumiyyətlə evdən çölə çıxmasınlar.

Əgər insan açıq hava şəraitində işləmək məcburiyyətindədirsə, onlara belə havalarda evdə qalmağa şərait yaradılmalıdır. Əks təqdirdə maskalardan istifadə olunmalıdır. Uzun müddət Günəş şüası altında qalmaq qətiyyən tövsiyə olunmur. Qapalı yerlərdə isə ventiliyasiya şəraiti yaxşı olmalıdır.

Toz dumanın qarşısını almaq üçün yaşıllıq massivləri artırılmalıdır. Çünki Bakıda yaşıllıq yetərincə azdır."

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...

100 Sosial 17:58 19 sentyabr 2024

Son xəbərlər