Toyuna az qalmış evlilikdən İMTİNA edən BÜRCLƏR

Toyuna az qalmış evlilikdən İMTİNA edən BÜRCLƏR
Sosial 225

Astroloqlar toyuna sayılı günlər qalsa belə, evlilik qərarından dönən bürcləri açıqlayıblar.

BAKU.WS xəbər verir ki, onların fikrincə, bəzi bürclər hisslərini son ana qədər gizlətsələr də, məsuliyyət qorxusu və ya gələcəklə bağlı narahatlıqlar evliliyi təxirə salmalarına səbəb olur.

Əkizlər – dəyişkən təbiətləri ilə tanınan bu bürc sahibləri son anda fikirlərini dəyişə bilirlər. Onlar üçün azadlıq hər şeydən önəmlidir və evlilik bu azadlığı məhdudlaşdıra bilər.

Oxatan – sərbəstlik və macəra həvəsi Oxatanların həyatının ayrılmaz hissəsidir. Onlar evlilik qərarı verdikdən sonra "həyatım çoxmu dəyişəcək?" sualı ilə tərəddüdə düşə bilirlər.

Dolça – duyğulardan çox məntiqlə hərəkət edən Dolçalar, münasibətdə ən kiçik narahatlıq hiss etdikdə dərhal məsafə saxlayırlar. Toya az qalmış belə, hər şeyi bitirməyi seçə bilirlər.

Qız bürcü – mükəmməllik axtarışında olan Qızlar üçün evlilik ciddi qərardır. Əgər hər şey istədikləri kimi deyilsə, mərasimə az qalsa belə, düşünmədən geri addım ata bilirlər.

Astroloqlar qeyd edirlər ki, bu bürclər üçün sevgi vacib olsa da, daxili səs və qorxular bəzən hisslərdən daha güclü olur.

Son xəbərlər