Toyda koronavirus xəstəsi aşkarlandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəhər ərazisində yerləşən “Röya” şadlıq sarayında keçirilən yoxlamalar zamanı toya dəvət edilən qonaqlar içərisində bir nəfər qadının aktiv koronavirus xəstəsi olduğu müəyyən edilib.
O, ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb.
Qadının saraya girişinə icazə verilməyib və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı İsmayıllı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda bu məşhur şadlıq sarayları barəsində cinayət işi açıldı - SİYAHI - VİDEO
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçiri...