Tovuzda müəllim və məktəbin psixoloqu koronavirusa yoluxdu
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda daha bir müəllim koronavirusa yoluxub.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbinin ədəbiyyat müəllimi və onun həyat yoldaşı, Cavanşir Sadıqov adına Qədirli tam orta məktəbinin psixoloqu işləyən qadın COVİD-19 virusuna yoluxub.
Hazırda hər iki təhsil işçisi karantinə alınıb və onların müalicəsi ev şəraitində davam edir.
Qeyd edək ki, Tovuz rayonunda bir neçə gün öncə daha bir məktəbin iki şagirdində COVİD-19 virusu aşkar edilmişdi və sinif fəaliyyətini dayandırmışdı.
Oxşar xəbərlər
Şagirdlər arasında koronavirus tapıldı, sinif bağlandı
Tovuz rayonunda fəaliyyət göstərən məktəblərdən birində koronavirus aşkar edilib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, rayonun İsmayıl Mürşüdov...