Torpaq Məcəlləsində və "Balıqçılıq haqqında" qanunlara təklif edilən dəyişikliklər təsdiq edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclis Torpaq Məcəlləsində və "Balıqçılıq haqqında" qanunlara təklif edilən dəyişiklikləri təsdiq edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, layihəyə əsasən, akvakultura təsərrüfatlarına məxsus torpaqların kateqoriyası ilə bağlı normalar dəqiqləşdirilir.
Qeyd edilib ki, ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq edilib və həmin qaydaların 1.9-cu bəndində akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması müəyyən edilib.
Akvakultura anlayışı balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədi ilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyəti ehtiva edir.
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...