Tokio Olimpiadası bir il sonraya keçirilir
23
mar
2020
14:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyası səbəbindən təxirə salınacaq.
BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) bunu yaxın saatlarda, ən gec isə bir neçə gün ərzində açıqlayacaq.
Bildirilir ki, Olimpiada 2021-ci ildə təşkil olunacaq. Öncədən yarışın iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, uzun müddət yarışı təxirə salmamaqda israrlı olan BOK sonradan üç variant – 2021-ci, 2022-ci il və ya 45 gün ertələnmə variantlarını nəzərdən keçirirdi.
Oxşar xəbərlər
ÜST koronavirusla bağlı bunlara inanmamağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVID-19) bağlı yayılan əfsanə, şayiə və yalan məlumatlarla bağlı ictimaiyyətə tövsiyələr verib. BAKU.WS “repor...