Olimpiada baş tutmasa, biletlərin pulu qaytarılmaya bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Tokio-2020 Yay Olimpiya Oyunları baş tutmasa, bilet əldə edən azarkeşlərin pulları geri qaytarılmaya bilər.
BAKU.WS "Apasport.az" saytına istinadən xəbər verir ki, bilet satışı ilə bağlı şərtlərdə bununla bağlı bənd yer alıb.
Həmin bənddə əks olunub ki, Tokio-2020-nin Təşkilat Komitəsi fors-major hallar səbəbindən öz öhdəliklərini yerinə yetirə bilmədiyinə görə məsuliyyət daşımır. Fors-major hallar siyahısında ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət də yer alıb.
Təşkilat Komitəsindəki mənbə koronavirus üzündən yarışın ləğvi halında məhz bu bəndin qüvvəyə minəcəyini bildirib. Lakin qurum rəsmi açıqlama verməyə tələsmir.
İyulun 24-dən avqustun 9-dək keçiriləcək Olimpiya Oyunlarına artıq 5,08, avqustun 25-dən sentyabrın 6-dək baş tutacaq Paralimpiya Oyunlarına 1,65 milyon bilet satılıb.
Qeyd edək ki, futbol üzrə AVRO-2020-ni bir il təxirə salan UEFA biletləri qaytarmaq istəyən azarkeşlərə ödədikləri məbləğlərin bütünlüklə qaytarılacağını açıqlayıb.
Oxşar xəbərlər
Azərbaycanda oynayan ən bahalı futbolçu müəyyənləşdi - SİYAHI
Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib.Fanat.Az xəbər verir ki, "Transfermarkt" qış fasiləsindən sonra futbolçuların transfer qiy...