Töhmət alan Rafael Hüseynov istefa verir?
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynov partiyadan istefa vermək barədə qərar qəbul edib.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, R.Hüseynovun istefa ərizəsini bu gün rəsmən təqdim edəcəyi deyilir.
Bu addımın isə həm partiya daxilində, həm də parlamentdə müəyyən dəyişikliklərə səbəb olacağı gözlənilir.
Qeyd edək ki, Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynova töhmət verilib. Buna səbəb onun Milli Məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir.
Oxşar xəbərlər
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək?
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər. BAKU.WS xəbər verir ki, bununla bağlı məlumat sosia...