Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA

Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA
Sosial 956
"Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin 138-i "Azəristilik" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərkəzləşdirilmiş şəkildə istiliklə təmin olunur".BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu idarənin rəisi Məhəbbət Vəliyeva deyib. M. Vəliyeva bildirib ki, 169 məktəbin fərdi qazanxanası var, 3 məktəbdə həm fərdi qazanxana var, həm mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.İdarə rəisi istilik təchizatı ilə bağlı məktəblərdə monitorinqlər aparılıb: "Hələ də müəyyən problemlər mövcuddur ki, lazımi tədbirlər görülür. Problemlərin bəziləri məktəblərə verilmiş mərkəzləşdirilmiş istilik xətlərinin özündədir. Bəzi məktəblərin fərdi qazanxanalarındadır. Ümidvarıq ki, noyabrın 15-dək məktəblərdə istilik təchizatı ilə bağlı problem olmayacaq".BAKU.WS

Son xəbərlər