Bakıda bəzi məktəblər birləşdiriləcək (VİDEO)
Bakıda bəzi ümumtəhsil məktəbləri birləşdiriləcək. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məlumat verib.
Bakıda şagird sayı az olan məktəblər birləşdiriləcək. Bu yolla şagird kontingenti baxımından korluq çəkən məktəb problemi aradan qaldırılacaq.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyir ki, rasionallaşdırılan bəzi məktəblərin yerində lisey-gimnaziyalar yaradılacaq. Onun sözlərinə görə, dağlıq zonalarda da rasionallaşdırmağa ehtiyac var.
Məhəbbət Vəliyeva bir müddətdir yuxarı sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunması məsələsinə də münasibət bildirib.
Şəxsiyyət vəsiqəsini təqdim edən IX və XI sinif şagirdləri üçün elektron fərdi məlumat bazası yaradılır. Bu bazaya şagirdin məkətəbəqədər təhsildən tutmuş, ailə vəziyyətinə qədər bütün məlumatlar yerləşdirilir. "Şagird-Məzun" sisteminin həyata keçirilməsi üçün bu, vacib hesab olunur.
BAKU.WS
Oxşar xəbərlər
Dövlət başçısından pul mükafatları ilə bağlı sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev 2014/2015-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqı...