Təzyiqi və şəkəri olanlar üçün YENİ XƏBƏR
27
sen
2019
14:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 29-da Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Səhiyyə Nazirliyinin dəstəyi ilə xeyriyyə aksiyası keçiriləcək.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ümümdünya Ürək Gününə həsr olunmuş aksiya zamanı ürək-damar xəstəliklərinin profilaktikasına dair tövsiyyələr əks olunan bukletlər paylanılacaq.Eyni zamanda, müraciət edən şəxslərin arterial təzyiqi, mərkəzi aortal təzyiqi ölçüləcək, qanda şəkərin səviyyəsi təyin ediləcək, arterial təzyiqin gün ərzində monitorlaşmasının əhəmiyyəti başa salınacaq və aparılma üsulu əyani şəkildə nümayiş etdiriləcək.Qeyd edək ki, aksiya saat 12:00-da Gənclik Mall-da keçiriləcək.
Oxşar xəbərlər
Aşura günündə 33 yerdə qanvermə aksiyası keçiriləcək - SİYAHI
Bu il Məhərrəmlik ayında Aşura günü münasibətilə 25 şəhər və rayonda 33 yerdə qanvermə aksiyası keçiriləcək.BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyin...