Təyyarə qəzasında həlak olan Anarın nəşi Bakıya gətiriləcək

27
dek
2024
11:45
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1991-ci il təvəllüdlü Anar Babayevin nəşi bu gün Bakıya gətiriləcək.
BAKU.WS-in məlumatına görə, o, Astara rayonunun Şiyəkaran kəndinin sakini olub.
Onun nəşinin günorta saatlarında Bakıya gətirilməsi gözlənilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Nəticədə 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Türkiyəli şəhid övladları "YAŞAT" düşərgəsində olublar
Türkiyə Silahlı Qüvvələrinin şəhid olmuş hərbi qulluqçularının övladları "YAŞAT" fondunun Lənkəranda təşkil edilmiş yay düşərgəsində olublar. Oxu.Az xəbər verir...